ABŞ İranın Ayətullahını aradan götürmək niyyətində deyil, bu, İsrailin işidir

23.06.2025

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

ABŞ İranın Ayətullahını aradan götürmək niyyətində deyil, bu, İsrailin işidir

ABŞ İranın ali dini lideri Ayətullah Əli Xamneyini aradan götürmək niyyətində deyil. Amma bununla bağlı qərar İsrailin ixtiyarında olacaq. NBC News kanalı "Meet the Press" proqramının yayımına istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.

"Yaxşı, baxın, israillilər qərar verəcəklər, lakin bizim mövqeyimiz çox aydın idi: biz rejimin dəyişməsini istəmirik", - ABŞ vitse-prezidenti bildirib.

Onun sözlərinə görə, ABŞ İranla münaqişəni nə uzatmaq, nə də onsuz da olduğundan daha da genişləndirmək istəmir.

"Biz onların nüvə proqramını dayandırmaq istəyirik, sonra isə burada uzunmüddətli nizamlanma haqqında iranlılarla danışmaq istəyirik", - Vans vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью