Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ silahlı qüvvələri İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarının (PUA) demək olar ki, hamısını ələ keçirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İranın ABŞ hərbi bazalarına yönəltdiyi ballistik raketlərin və dronların böyük əksəriyyətinin zərərsizləşdirilməsi ilkin qiymətləndirmənin nəticələri ilə təsdiqlənib.
Xəbər verdiyimiz kimi, daha əvvəl “Axios” portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində ABŞ rəsmisinə istinadən yazmışdı ki, İran Bəhreyn, Küveyt və İordaniyada yerləşən ABŞ bazalarına ən azı dörd ballistik raket və bir neçə PUA buraxıb.
Bizimyol.info