ABŞ İranın cavab zərbəsini BU TARİXDƏ gözləyir KONKRET

23.06.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

ABŞ kəşfiyyat orqanları İranın qarşıdakı 24-48 saat ərzində cavab hücumu həyata keçirəcəyini istisna etmir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb. Agentliyin qiymətləndirməsinə görə, İranın mümkün hücumunun hədəfi Yaxın Şərqdə yerləşən ABŞ hərbi qüvvələri ola bilər. Hazırda regionda təxminən 40 min amerikalı hərbçi xidmət edir.

Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib və qüvvələr yüksək hazırlıq vəziyyətinə gətirilib.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью