Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İranın dəniz blokadası çərçivəsində əməliyyatları davam etdirir.
BAKU.WS xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin "F-35A" qırıcıları regionun sularında patrul həyata keçirir. Paralel olaraq, ABŞ hərbçiləri İranın dəniz blokadasına nəzarəti davam etdirirlər.
CENTCOM-un məlumatına əsasən, sentyabrın 6-dək blokadanın icrasını təmin etmək məqsədilə 92 kommersiya gəmisi başqa istiqamətə yönləndirilib, üç gəmi sıradan çıxarılıb, iki gəmidə isə yoxlama aparılıb.
Komandanlıq əməliyyatların regiondakı dəniz nəqliyyatına nəzarətin gücləndirilməsi məqsədi daşıdığını bildirib.