ABŞ İranın gəmilərinə atəş açması barədə xəbərləri təkzib edib

05.06.2026

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Oman körfəzində Amerika gəmilərinə xəbərdarlıq atəşi açması barədə yayılan məlumatları yalan adlandırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barəsə komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş bəyanatda bildirilir.

"İranın Oman körfəzində ABŞ gəmilərinə xəbərdarlıq atəşi açaraq onları Hind okeanına doğru geri çəkilməyə məcbur etməsi barədə iddialar həqiqəti əks etdirmir", —deyə o, bildirib.

"İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyib və onlara atəş açmayıb. Bu cür hərəkətlər atəşkəs rejiminin kobud şəkildə pozulması demək olardı. Amerika qüvvələri regional sularda sərbəst şəkildə fəaliyyət göstərməyə, eyni zamanda İrana qarşı tətbiq edilən mövcud blokadanın yerinə yetirilməsini təmin etməyə davam edir", — deyə CENTCOM əlavə edib.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью