ABŞ İranın iddiasını təkzib etdi: “F 16 ya zərbə endirilməyib”

21.11.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ-a məxsus F-16 qırıcı təyyarəsinin raket hücumu nəticəsində zədələndiyi və təcili eniş etmək məcburiyyətində qaldığı barədə iddiasını təkzib edib.
Bizim.Media haberler.com-a istinadən xəbər verir ki, CENTCOM-un “X” sosial şəbəkəsindəki açıqlamasında noyabrın 20-də ABŞ-a məxsus heç bir F-16 təyyarəsinə hücum edilmədiyi bildirilib.
Qeyd olunub ki, Yaxın Şərqdəki bütün ABŞ hərbi təyyarələri təhlükəsizdir və onların vəziyyəti təsdiqlənib.
Xatırladaq ki, İran dövlət televiziyası ölkənin cənubunda ABŞ-a məxsus F-16 qırıcı təyyarəsinin raket zərbəsi nəticəsində zədələndiyini və təcili eniş etdiyini iddia etmişdi. Lakin yayımlanan görüntülərdə təyyarənin zədələndiyini təsdiqləyən aydın kadrlar yer almayıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью