ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verdi

22.06.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ İran neftinin istehsalı, çatdırılması və satışı üçün 60 günlük lisenziya verib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsveçrədə baş tutan məhsuldar danışıqlar kontekstində İran Hörmüz boğazında hərəkət azadlığını təmin etməyi öhdəsinə götürüb və AEBA müfəttişlərinin nüvə təsisatlarında yoxlama aparması ilə razılaşıb.

Buna görə də, İranın xam neftinin və neft-kimya məhsullarının 2026-cı il avqustun 21-ə qədər istehsalı, çatıdırılması və satışına icazə verilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью