ABŞ İranın PUA sını vurdu, qızılın qiyməti artdı

03.02.2026

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu axşam Dünya bazarında qızılın unsiyasının qiyməti 6 faiz artaraq 4994 dollara yüksəlib (Bakı vaxtı ilə saat 23:30-a olan qiymət). Ötən həftə 5600 dollara yaxınlaşan qızılın qiyməti bu həftə 4400 dollaradək düşmüşdü. 

Marja xəbər verir ki, bu gün ABŞ Hərbi Dəniz Qüvvələri Oman dənizində ABŞ-a məxsus bir aviadaşıyıcıya doğru irəliləyən İrana aid pilotsuz uçuş aparatını (PUA) vurub. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yaydığı açıqlamada, sözügedən pilotsuz uçuş aparatının naməlum niyyətlə USS Abraham Lincoln aviadaşıyıcısına aqressiv şəkildə yaxınlaşdığını və bu səbəbdən ABŞ-a məxsus F-35 qırıcı təyyarəsi tərəfindən qanuni özünümüdafiə çərçivəsində vurulduğunu bildirib. CENTCOM hadisə zamanı heç bir ABŞ hərbi personalının zərər görmədiyini və ABŞ-a məxsus heç bir avadanlığın zədələnmədiyini açıqlayıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qiymətli metalların qiymətlərinin ötən ay sürətli bahalaşması təcrübəli investorları belə təəccübləndimişdir. Qiymətlər rekord səviyyələrə qalxmışdı. İnvestorlar geosiyasi çalxantılarla bağlı artan narahatlıqlar, valyutaların dəyər itirməsi və ABŞ Mərkəzi Bankının müstəqilliyinə yönəlik təhdidlər səbəbilə qızıl və gümüşə yönəlmişdi. Çinli spekulyatorlardan gələn güclü alışlar bahalaşmanı daha da gücləndirmiş, lakin ABŞ dollarının toparlanması ilə bu tendensiya cümə günü tərsinə dönmüşdü.

Bəzi banklar da qızılın bahalaşacağını gözləyirlər. Həmin banklar qızılın unsiyasının qiymətinin 6000 dollara yüksələcəyi ilə bağlı proqnoz açıqlayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью