ABŞ İranın raket və PUA məntəqələrinə zərbə endirdi

27.06.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ ordusu Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

Bildirilib ki, ABŞ hərbi təyyarələri İranın raket və pilotsuz uçuş aparatları üçün saxlama məntəqələrini, həmçinin sahil radar mövqelərini vurub.

Bu addımın İranın iyunun 25-də “M/V Ever Lovely” yük gəmisinə kamikadze dronu ilə hücum etməsinə cavab olaraq atılıb.

Bəyanatda bildirilir ki, İran qüvvələrinin kommersiya gəmiçiliyinə qarşı əsassız hücumu atəşkəs rejimini açıq şəkildə pozub.

Məlumatda ABŞ ordusunun İranla əldə olunmuş razılaşmanın bütün şərtlərinə əməl olunmasını təmin etmək üçün bölgədə mövcudluğunu qoruduğu və vəziyyəti diqqətlə izlədiyi bildirilir.

ABŞ

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью