ABŞ İranın raketlərini qəsdən buraxır KİV

26.07.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ hərbi komandanlığı hava hücumundan müdafiə sistemlərindəki raket ehtiyatlarını qorumaq məqsədilə İranın bəzi raket və PUA-larının müdafiə xəttini keçməsinə imkan verir.

Axar.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

“Müharibə başlayandan bəri İran təxminən 9000 raket və PUA buraxıb. Bu səbəbdən ABŞ komandanlığı hazırda yalnız birbaşa ABŞ hərbçilərini hədəf alan təhlükələri vurur.

Bunun qarşılığında isə uçuş-enmə zolaqlarına, radar sistemlərinə və yanacaq anbarlarına edilən bəzi zərbələri qəbul edərək, “Patriot”, THAAD və SM seriyalı raket ehtiyatlarını qorumağa üstünlük verir. Bu raketlərin yenidən istehsalı illərlə vaxt aparır”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью