ABŞ İranın üç neft tankerini məhv edib

05.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

ABŞ ordusu sentyabrın 5-də İranın üç xam neft tankerinə zərbə endirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

Qeyd olunur ki, bu, İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) region sularında patrul xidməti aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə doğru ballistik raketlər atmasından sonra baş verib. Dominos pizza

"ABŞ-nin bir aviadaşıyıcısı və idarəolunan raketlərlə təchiz edilmiş esminesi İranın bir neçə hücumundan uğurla yayınıb. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb. Bundan sonra CENTCOM Xarq adası sahillərində SEPAH-a məxsus "M/T Downy" və "M/T Stark 1" adlı xam neft daşıyan tankerləri zərərsizləşdirib.

ABŞ qüvvələri ,həmçinin Oman körfəzində içərisində yük olmayan "M/T Kylo" adlı xam neft tankerini tamamilə məhv edib. Ekipaja gəmini tərk etmək göstərişi verildikdən sonra gəminin bir neçə kritik hissəsinə zərbələr endirilib", - məlumatda vurğulanıb.

Həmçinin bildirilib ki, ABŞ qüvvələri öz hərbçilərini müdafiə etməkdən çəkinməyəcək və zərurət yaranacağı təqdirdə İranın məhdud və müdafiəsiz qalan neft donanmasını məhv edəcək./Oxu.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью