Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat verib.
Nəşrin yazdığına görə, həm ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, həm də MAQATE-nin baş direktoru Rafael Qrossi İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kq uranının yeri barədə heç nə bilmədiklərini bildiriblər.
Nəşr hesab edir ki, eyni zamanda, İranın nüvə infrastrukturuna zərbələr onun inkişafını 2-5 il geri sala bilər.
İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ silahlı qüvvələri İranda üç nüvə obyektinə - Fordo, Natanz və İsfahanda uğurla hücum edib.
O bildirib ki, Tehran münaqişəyə son qoymağa razı olmalıdır. İsrail iyunun 13-dən İranın nüvə proqramını hədəf alan əməliyyat çərçivəsində İrana gündəlik zərbələr endirir. İran da öz növbəsində bu hücumlar PUA və raket zərbələri ilə cavab verir.
Qadir, Bizimyol.info