Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İranla bağlı mümkün addımlarından danışıb. O bildirib ki, hazırda hadisələrin inkişafı üçün üç variant nəzərdən keçirilir.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bessentin sözlərinə görə, mümkün variantlar bunlardır: razılaşmanın əldə olunması, blokadanın davam etdirilməsi və təzyiqin gücləndirilməsi, yaxud hərbi əməliyyatlara qayıdış.
Nazir qeyd edib ki, onun fikrincə, təzyiqin artırılması qarşı tərəfin vəziyyətini hər gün daha da ağırlaşdırır.