ABŞ İranla bağlı gözlənilməz qərar verə bilər

10.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tehranla razılaşma əldə olunarsa, ABŞ İranın 6-9 milyard dollar arasında olan aktivlərinin dondurulmasını ləğv edəcək.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalı mənbələrə istinadən məlumat verib.

Mənbələrinə görə, Qətər və Pakistanın birgə təşəbbüsü Vaşinqton və Tehran arasında ciddi danışıqların bərpasına imkan verib.

Razılaşma əldə olunarsa, ABŞ 6 milyard ilə 9 milyard dollar arasında olan İran aktivlərinin dondurulmasını ləğv edəcək.

Kanalın mənbələrinin qeyd etdiyi kimi, razılaşma üçün təklif olunan çərçivə həmçinin Hörmüz boğazının açılacağını və İranın dəniz blokadasının dərhal ləğv ediləcəyini nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью