ABŞ İranla bağlı hansı addımı atacaq?

12.06.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, İranın Körfəz bölgəsində ABŞ-nin müttəfiqlərinə vuracağı istənilən zərər İrana məxsus aktivlər hesabına qarşılanacaq.

"Cebheinfo.az" xəbər verir ki, Bessent sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, İranın Körfəzdə ABŞ müttəfiqlərinə vuracağı hər cür zərərin əvəzi İrana aid hesablardan götürüləcək vəsaitlə ödənəcək.

Nazir paylaşımında, “İran rejimi oynadığı sıfır cəmli oyunda uduzacaq”, – deyə vurğulayıb.

Bessent əlavə edib ki, həmçinin Hörmüz boğazından keçid üçün ödənilən bütün rüsumlar da İranın hesablarından çıxılacaq vəsaitlə kompensasiya ediləcək.

Onun sözlərinə görə, “İranın həyata keçirəcəyi hər bir hücum onun üzləşdiyi iqtisadi və maliyyə nəticələri daha da ağırlaşdıracaq”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью