ABŞ İranla bağlı xəbərdarlıq etdi “Dərhal...”

31.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

ABŞ-ın BMT-dəki səfirinin müavini Doroti Şi İranı Yəməndəki “Ənsarullah” Hərəkatına (husilər) davamlı dəstəyi ilə gərginliyi artırdığını bildirib.

Teleqraf.com xəbər verir ki, diplomat İranın bölgədəki təhlükəli fəaliyyətləri ilə bağlı dərhal tədbirlər görməyə çağırıb.

“Hamımız yaxşı bilirik ki, husilər tamamilə İran tərəfindən maliyyələşdirilir, bununla İsrailə, o cümlədən mülki infrastruktura qarşı uzaqmənzilli və ölümcül hücumlar həyata keçirmək üçün imkanlar əldə edirlər. İranın bu və digər ölümcül silahları husilərə verməsi BMT Təhlükəsizlik Şuranın bu qruplaşmaya qarşı tətbiq etdiyi silah təminatı qadağasını açıq şəkildə pozur. Şura İrana qarşı qətnamələrin belə kobud şəkildə pozulmasına görə dərhal tədbir görməlidir”, – Şi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью