ABŞ İranla birbaşa danışıqlara başlayır? Dohada ilkin razılaşma əldə olundu

31.10.2026

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər.

Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri ilə tanış olan mənbələrə istinadən xəbər verir ki, tərəflər arasında dolayı təmaslarda irəliləyiş əldə olunduqdan sonra Dohada birbaşa danışıqların keçirilməsi gözlənilir.

Nəşrin məlumatına görə, tərəflər İranın nüvə proqramı, Hörmüz boğazından gəmiçilik və Tehrana maliyyə stimullarının verilməsi ilə bağlı ilkin tədbirlər barədə razılığa gəliblər. Mümkün razılaşmanın təminatçılarının Çin və Rusiya olacağı ehtimal edilir.

Bu məlumat Qətər vasitəçilərinin Tehranda İran nümayəndələri ilə 12 saatdan çox davam edən danışıqlarından sonra yayılıb. “Axios”un məlumatına görə, diplomatik səylərin əsas məqsədi noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı yeni Amerika zərbələrinin qarşısını almaqdır.

Məlumata əsasən, İran nümayəndə heyəti Qətər rəsmiləri ilə birlikdə Dohaya qayıdıb. Danışıqların burada davam etdirilməsi gözlənilir.

Diplomatik fəallıq Vaşinqtonun Fars körfəzi ölkələrindəki müttəfiqlərini noyabrın 4-də İrana qarşı mümkün yeni zərbələrə hazırlaşmaq barədə xəbərdar etdiyi ilə bağlı məlumatların yayıldığı bir vaxta təsadüf edir.

AzPost.az

Post navigation

Previous: Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью