ABŞ İranla bütün körpüləri yandırır: BÜTÜN MƏNALARDA

17.07.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ qüvvələri 17 iyul gecəsi İrandakı hədəflərə qarşı "daha bir genişmiqyaslı zərbə dalğası" barədə məlumat yayıb. 

Mərkəzi Komandanlığın (CENTCOM) açıqlamasında sahil müşahidə və hava hücumundan müdafiə obyektləri, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla "onlarla İran hərbi qurğusunun" vurulduğu bildirilib. 

“Cebheinfo.az”-ın İranın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, ABŞ zərbələri zamanı cənubdakı Hörmüzqan əyalətindəki bir neçə körpü zədələnib. Onlardan bir neçəsi Hörmüz boğazında yerləşən və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün dəniz bazasının yerləşdiyi Bəndər Abbasa aparan yollarda yerləşirdi.

ABŞ-nin yüksək vəzifəli bir rəsmisi “The Wall Street Journal”-a bildirib ki, ABŞ Bəndər Abbasa təchizat xətlərini bağlamaq üçün körpülərə zərbə endirib. Daha böyük hava kampaniyası və dəniz blokadasının bir hissəsi olan bu hücumlar İran rejimini Hörmüz boğazındakı logistika resurslarından məhrum etmək məqsədi daşıyır. 

İranın məlumatına görə, zərbələr nəticəsində yeddi nəfər ölüb, doqquz nəfər yaralanıb. Daha əvvəl Prezident Donald Tramp Tehran danışıqlar masasına qayıtmasa, İran körpülərinə və elektrik stansiyalarına zərbə endirəcəyi ilə hədələmişdi.

İran Energetika Nazirliyinin məlumatına görə, ABŞ-ın atəşi nəticəsində Bəndər Abbas və ətraf kəndlərdə elektrik xəttinə ziyan dəyib. Fars agentliyi, həmçinin şəhərdəki dəmir yolu qovşağına da ziyan dəydiyini bildirib.

CENTCOM hücumların ABŞ qırıcı təyyarələri, dronları və Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən "dəqiq idarə olunan sursatlar"dan istifadə edilərək həyata keçirildiyini bildirib. Bu hücum dalğası İran qüvvələrinin Hörmüz boğazında ticarət gəmilərinə hücum etməsindən bəri ardıcıl altıncı zərbə dalğası idi. 

15 iyulda ABŞ bu su yolunda İran gəmiçiliyinə blokada tətbiq etdi və İran limanlarına gedən gəmiləri yönləndirməyə başladı və hətta tabe olmayan bəzi gəmilərə atəş açmağa başladı.

Wall Street Journal” qəzetinin məlumata görə, ən yaxın köməkçiləri ilə müzakirələr zamanı Tramp 17 iyunda imzalanan atəşkəsə baxmayaraq, İranda əməliyyatın genişləndirilməsinə meyil etdiyini deyib. 

Seçimlər əvvəllər hücuma məruz qalmamış nüvə obyektinə də daxil olmaqla, hava hücumlarının intensivləşdirilməsindən tutmuş Hörmüz boğazı yaxınlığındakı adalara qoşun göndərilməsinə qədər dəyişir.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью