Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi xüsusi qrup Venesuelada edilən əməliyyata bənzər şəkildə İrana qarşı əməliyyat keçirməyə hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ başçısı sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu, Venesuelaya göndərilən donanmadan daha böyük bir donanmadır. Ona böyük təyyarədaşıyan gəmi olan “Abraham Linkoln” rəhbərlik edir. Venesuelada olduğu kimi, donanma lazım gələrsə, güc yolu ilə öz missiyasını tez bir zamanda yerinə yetirməyə hazırdır, istəklidir və qadirdir”, - Tramp yazıb.