Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Vaşinqton İran hakimiyyəti ilə hər hansı görüşlərin və danışıqların keçirilməsində maraqlı deyil.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.
"Biz onlarla danışmaq istəmirik, görüş və ya buna bənzər bir heç nəyə can atmırıq", - Amerika lideri qeyd edib.
O əlavə edib ki, Hörmüz boğazı gəmiçilik üçün açıqdır və oradan "milyonlarla barel neft" keçir.
Daha əvvəl "The Wall Street Journal" (WSJ) nəşri mənbələrə istinadən yazıb ki, ABŞ Prezidenti İranla anlaşma memorandumunu bərpa etmək niyyətində deyil. Nəşrin qeyd etdiyinə görə, Amerika hakimiyyəti hazırda diqqəti İrana iqtisadi təzyiqin gücləndirilməsinə cəmləyib.