Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranla davam edən hərbi münaqişə ABŞ-yə 38 milyard dollara başa gəlib və ölkənin hərbi arsenallarını kəskin şəkildə boşaldıb.
“Qafqazinfo” “Financial Times” (FT) nəşrinə istinadla xəbər verir ki, toqquşmalar Birləşmiş Ştatların sursat ehtiyatlarını ciddi şəkildə tükəndirib.
Ekspertlərin fikrincə, bu ehtiyatların bərpası bir neçə il vaxt aparacaq. Təhlildə vurğulanır ki, Pentaqon artıq raket mühərrikləri, partlayıcı maddələr və hərbi istehsalı artırmaq üçün tələb olunan ixtisaslı mütəxəssis qıtlığı ilə üz-üzə qalıb.
Eyni zamanda, “The New York Times” nəşrinin məlumatına görə, ABŞ vitse-prezidenti Cey Di Vens müharibənin gedişatını obyektiv qiymətləndirmək üçün şəxsən hərbi komandirlərə zəng edib. Məxfi danışıqlar zamanı müharibənin strateji hədəfləri, taktika, itkilərin dəqiqləşdirilməsi, İranın Hörmüz boğazındakı cavab addımları və İran ordusunun müqavimət potensialı dərindən müzakirə olunub.