ABŞ İranla müharibəyə girəcək? Trampdan KRİTİK AÇIQLAMA

12.12.2024

Icma.az, Publika.az saytına istinadən bildirir.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İranla müharibənin mümkünlüyünü istisna etməyib.

Publika.az xəbər verir ki, o, bunu “Time” jurnalına müsahibəsində bildirib.

Tramp Tehranla münaqişənin başlama ehtimalı barədə suala belə cavab verib: "Hər şey mümkündür".

Bununla belə, siyasətçi gələcəkdə İrana qarşı hansı addımların atıla biləcəyini dəqiqləşdirməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью