ABŞ İranla planlaşdırılan danışıqları dayandırmaq qərarına gəlib

04.02.2026

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ İran nümayəndələri ilə cümə günü planlaşdırılan danışıqları dayandırmaq qərarına gəlib.

AzPost bildirir ki, bu barədə Axios məlumat verib.

ABŞ rəsmilərinin məlumatına görə, ABŞ və İran arasında planlaşdırılan nüvə danışıqları Tehranın nüvə məsələsindən kənar əsas mövzuları müzakirə etməkdən imtina etməsi səbəbindən ləğv edilib.

“Biz iranlılara iki seçiminiz olduğunu dedik: Ya bu şərtləri qəbul edin, ya da heç nə! Onlar isə “heç nə” dedilər!”, – deyə məlumatda bildirilir.

Bu arada, İran mənbəsi Al-Arabi Al-Cadid TV-yə bildirib ki, Tehran Vaşinqtona nüvə məsələsindən kənar hər hansı danışıqların diplomatiyaya qeyri-ciddi yanaşmanın sübutu hesab edildiyi barədə xəbərdarlıq edib.

Media xəbərlərinə görə, bu cümə günü Omanda ABŞ və İran arasında birbaşa danışıqlar üçün son planlaşdırma aparılır. Mərhələli yanaşma nəzərdən keçirilirdi: əvvəlcə nüvə proqramı, sonra digər məsələlər.

Prosesdə bir neçə vasitəçi ölkənin iştirak edir; İlkin məlumatlara görə, Stiv Vitkoff və Cared Kuşnerin danışıqlarda ABŞ adından iştirakı gözlənilirdi.

Əvvəllər xəbər verildiyi kimi, ABŞ və İran arasında vasitəçilikdə iştirak edən Yaxın Şərq rəsmiləri Tehranla təmaslardan sonra cümə günü keçiriləcək görüşlə bağlı gözləntilərin azaldığını bildiriblər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью