ABŞ İranla razılaşmadan dərhal sonra blokadanı götürəcək

10.08.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Hörmüz boğazından maneəsiz kommersiya gəmiçiliyinin bərpasına dair razılaşma elan edildikdən dərhal sonra ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı götürməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, bu addım İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılı olacaq.

Bildirilib ki, İran və Oman boğazda təhlükəsiz gəmiçiliyin bərpasına imkan verəcək razılaşmanın əldə olunmasına yaxındır.

Qeyd edək ki, ABŞ iyul ayında İran limanlarına blokadanı bərpa edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью