ABŞ İranla razılaşsa, İsrail hücuma keçəcək CNN

21.05.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


İsrail İranın nüvə obyektlərinə qarşı hücum planlaşdırır və bu ehtimal son dövrlərdə "əhəmiyyətli dərəcədə" artıb.

Bakupost.az xəbər verir ki, bu barədə CNN xəbər kanalı ABŞ kəşfiyyat mənbələrinə istinadən bildirib.

Mənbələr bildirir ki, İsrailin hələ yekun qərar verib-vermədiyi bəlli deyil. ABŞ hökuməti bu mövzuda İsraillə fikir ayrılığı yaşayır.

CNN-ə danışan, adı açıqlanmayan bir rəsmi, əgər ABŞ İranla uranın zənginləşdirilməsinin dayandırılmasına dair razılığa gələrsə, İsrailin hücum ehtimalının daha da artacağını deyib.

Xəbərdə qeyd edilir ki, İsrailin hazırlıqlarına dair kəşfiyyat məlumatları yüksək səviyyəli israilli rəsmilərin açıq və qapalı bəyanatları, eləcə də İsrailin hərbi hərəkətlərinin müşahidələrinə əsaslanır.

Zəhra Məlikova,
BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью