ABŞ İranla razılıq əldə etmək üçün təzyiqləri davam etdirəcək

10.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı danışıqlar davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə "Fox News" ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Donald Trumpın İrana qarşı yenidən zərbələr endirilməsi ilə bağlı təhdidlərinə baxmayaraq, Vaşinqton və Tehran arasında dialoq kəsilməyib.

Bildirilib ki, ABŞ administrasiyası İranla razılığa nail olmaq məqsədilə Tehrana maksimum təzyiq göstərmək siyasətini davam etdirmək niyyətindədir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью