525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Vaşinqton İranla ya tarixi bir razılaşma əldə edəcək, ya da başqa heç bir razılaşmanı qəbul etməyəcək”.
525.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
"İran razılaşması möhtəşəm və mənalı olacaq, ya da olmayacaq. Bu, vaxtilə uğursuz Obama administrasiyası tərəfindən hazırlanmış nüvə proqramı sazişinin tam əksi olacaq. Həmin saziş İran üçün nüvə silahına açıq və birbaşa yol idi”, - Tramp qeyd edib.
Pərvanə Sultanova