Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tramp administrasiyası Üçüncü Ölkə Deportasiya Sazişi çərçivəsində bir qrup İran vətəndaşını və digər miqrantları Mərkəzi Afrika Respublikasına deportasiya etməyi planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Reuters agentliyinin əməliyyatla tanış mənbələrə istinadən verdiyi məlumatda bildirilir.
Vəkil Emili Trostlun sözlərinə görə, deportasiya planlaşdırılanlar arasında iki iranlı qadın da var və onlar İrana qaytarıldıqları təqdirdə təqiblərlə üzləşə biləcəklərini iddia edirlər. Onlardan biri xristian dinini qəbul etmiş, digəri isə demokratiya tərəfdarı fəaldır.
Hər iki qadın 2024-cü ilin noyabr ayında ABŞ-yə getdikdən sonra saxlanılıb. Onlar sığınacaq üçün müraciət ediblər və ABŞ immiqrasiya hakimi tərəfindən qorunan şəxs statusi alıblar.
Mənbələrə görə, Mərkəzi Afrika Respublikasına ilk uçuşda təxminən 20 nəfər ola bilər. İranlılardan əlavə, təyyarədə Suriya, Əfqanıstan və Türkiyə vətəndaşlarının da olması gözlənilir.
Reuters agentliyinin məlumatına görə, deportasiya edilənlər əvvəlcə paytaxt Banqidəki mənzillərdə yerləşdiriləcəklər. Onları dərhal öz ölkələrinə geri göndərmək planı yoxdur. Mənbə, həmçinin bildirib ki, gələcəkdə bu saziş çərçivəsində yüzlərlə miqrant Mərkəzi Afrika Respublikasına göndərilə bilər.
ABŞ administrasiyası qanuni səbəblərə görə birbaşa öz ölkələrinə göndərilə bilməyən şəxsləri deportasiya etmək üçün üçüncü ölkələrlə oxşar müqavilələrdən istifadə edir.
Vaşinqton bu cür tədbirlərin qanuniliyində israr edir, lakin insan haqları təşkilatları bu cür müqavilələrdə şəffaflığın olmamasını tənqid edir və deportasiya olunanların taleyi ilə bağlı narahatlıqlarını bildirirlər.
Beynəlxalq Miqrasiya Təşkilatı Mərkəzi Afrika Respublikası hakimiyyətinin xahişi ilə gələnlərə humanitar yardım göstərəcəyini bildirib və təşkilatın iştirakının tamamilə könüllü və beynəlxalq standartlara uyğun olacağını vurğulayıb.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin