ABŞ İraqa səfərləri qadağan etdi TƏHLÜKƏ ARTIR KONKRET

12.06.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

ABŞ-ın Bağdaddakı səfirliyi amerikalı vətəndaşlara İraqa səfər etməmək barədə xəbərdarlıq edib. Bu addım səfirliyin qismən evakuasiyasından sonra atılıb.

KONKRET.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir ki, İraqa səfərlə bağlı tövsiyə ən yüksək – 4-cü səviyyəyə qaldırılıb. Açıqlamada ABŞ vətəndaşlarına İraqa səyahət etməmələri tövsiyə olunur.

Departament səyahət xəbərdarlığını terrorizm, adam oğurluğu, silahlı münaqişələr, vətəndaş iğtişaşları və NATO-nun İraqdakı missiyasının amerikalılara dəstək imkanlarının məhdudluğu ilə əsaslandırıb.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью