ABŞ İraqdakı səfirliyinin təxliyəsinə hazırlaşır

12.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ təhlükəsizlik risklərinin artması səbəbindən İraqdakı səfirliyinin əməkdaşlarını qismən təxliyə etmək niyyətindədir.

Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadla xəbər verir.

Həmçinin Bəhreyndə yerləşən amerikalı hərbi qulluqçuların ailə üzvlərinin müvəqqəti getməsi imkanı nəzərdən keçirilir.

Bildirilir ki, Dövlət Departamenti diplomatik missiyanın bir qisim personalının getməsini elan etməyə hazırlaşır.

İraq Xarici İşlər Nazirliyinin qismən təxliyəni təsdiqləyərək, bunun bölgədəki potensial təhdidlər və ümumi gərginliklə əlaqədar olduğunu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью