Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya hər zaman hücuma məruz qalan ölkələrin yanında olub, İranla bağlı da belə olacaq.
Axar.az xəbər verir ki, bunu Rusiyanın İraqdakı səfiri Elbrus Kutraşev "Əl-Şərqiyyə" telekanalına müsahibəsində deyib.
Aparıcı səfirin bu fikrinə irad bildirib və ona İraqın ABŞ tərəfindən bombalandığı zaman Rusiyanın heç bir dəstək vermədiyini xatırladıb.
"Necə dəstək verdiniz, dua etməklə?", - deyə aparıcı soruşub.
"Bəli, biz dua etdik, məgər, 150 milyon rusun dua etməsi az işdi? ", - səfir cavab verib.