ABŞ İraqın neft nazirinin müavininə sanksiyalar tətbiq ETDİ

07.05.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İraqın neft nazirinin müavini Əli Məaric Əl-Bəhadliyə (Ali Maarij Al-Bahadly) qarşı sanksiyaların tətbiq edildiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.

ABŞ tərəfinin versiyasına görə, qərar Əl-Bəhadlinin İranın və İraqda onunla əlaqəli silahlı qruplaşmaların maraqları naminə satış üçün neftin yönləndirilməsinə köməklik göstərərək öz vəzifəsindən sui-istifadə etməsi ilə əlaqədar qəbul edilib.

OFAC, həmçinin iranyönümlü "Kətaib Seyyid əş-Şühəda" və "Əsaib Əhl əl-Həqq" qruplaşmalarının üç yüksəkvəzifəli liderinə qarşı sanksiyalar tətbiq edib.

Bəyanatda qeyd edilib ki, ABŞ bundan sonra da İraqdakı bu və digər iranyönümlü qruplaşmaları, o cümlədən "Kətaib Hizbullah"ı ölkə ərazisində ABŞ personalına, mülki şəxslərə, diplomatik obyektlərə və müəssisələrə edilən hücumlara görə məsuliyyətə cəlb etmək niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью