Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriyanın şimal şərqində saxlanılan İŞİD terror təşkilatından olan məhbusların İraqa aparılması prosesi başlanıb.
AZƏRTAC SANA informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Komandanlığı elan edib.
Qeyd olunub ki, Suriyanın Həsəkə rayonunda saxlanılan 150 məhbus İraqda təhlükəsiz yerə köçürülüb. Bu çərçivədə ümumilikdə 7 minə yaxın İŞİD-dən olan məhbusun İraqa aparılması planlaşdırılır.
Suriyanın Daxili İşlər Nazirliyi bu yaxınlarda bildirib ki, qeyri-qanuni silahlı birləşmə olan Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatından olan bir neçə məhbusu və onların ailələrini Həsəkə rayonunun şərqindəki Əl-Haul düşərgəsindəki həbsxanadan azad edib. Suriya bu addımı Suriyanın terrora qarşı mübarizədə fəaliyətinə kölgə salmaq cəhdi kimi qiymətləndirib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə