ABŞ İspaniya gəmilərinə 200 min dollar rüsum təklif edib

15.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

ABŞ-nin Federal Dəniz Komissiyası ölkə limanlarına daxil olan İspaniya ticarət gəmiləri üçün 200 min dollar məbləğində rüsumun tətbiq olunmasını təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qurum bu təşəbbüsü İspaniyanın ABŞ bayrağı altında üzən gəmilər üçün "əlverişsiz şərait yaratması" ilə əsaslandırıb. Belə ki, Madrid İsrailə yük daşıyan üç Amerika gəmisini İspaniya limanlarına buraxmaqdan imtina edib.

Bundan əlavə, Vaşinqton İspaniyadan gətirilən əsas ixrac məhsullarına, o cümlədən zeytun yağına məhdudiyyətlər qoymağı nəzərdən keçirir.

Təkliflərin tətbiqi ilə bağlı yekun qərar Ağ Evdəki müzakirələrdən sonra veriləcək.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью