ABŞ, İspaniya, İtaliya və Yunanıstan Kiyevdəki səfirliklərini bağlayıb

20.11.2024

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Hava hücumu fonunda diplomatik nümayəndəliklər vətəndaşlarına xidmət göstərmədiklərini bildiriblər

Rusiyanın Kiyevə gözlənilən kütləvi hava hücumu fonunda ABŞ, İspaniya, İtaliya və Yunanıstan bu şəhərdəki səfirliklərini bağlayıblar. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Qeyd olunub ki, Ukrayna paytaxtına gözlənilən hava hücumu fonunda bu ölkələrin diplomatik nümayəndəlikləri vətəndaşlarına xidmət göstərmədiklərini bildiriblər.

Qeyd edək ki, hava hücumu ilə bağlı Kiyev və Ukraynanın daha 5 vilayətində xəbərdarlıq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью