Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
47 illik sanksiyalardan sonra ABŞ İsrail adından İrana qarşı müharibəyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın XİN rəhbəri Abbas Əraqçi sosial media hesabında yazıb.
"Müharibənin nəticələri Amerika üçün, o cümlədən onun dünyadakı mövqeyi və nüfuzu üçün fəlakətli olub.
Sanksiyalar və ya müharibə yolu ilə məqsədlərinə çata bilməyən Vaşinqton özünün "innovativ" həllini - daha çox sanksiya təklif edir" - deyə İran xarici işlər naziri qeyd edib.