ABŞ İsraildən Livandakı hərbi əməliyyatları azaltmağı xahiş edib

22.08.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Tramp administrasiyası hökumətin Hizbullahı tərksilah prosesinə başlamaq qərarına cavab olaraq İsraildən Livanda qeyri-təcili hərbi əməliyyatları azaltmağı və ölkənin cənubundakı mövqelərdən qoşunları tədricən geri çəkməyi xahiş edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail "12-ci kanal" telekanalı məlumat yayıb.

Xatırladaq ki, avqustun əvvəlində Livanın informasiya naziri Paul Morkos hökumətin ABŞ-ın “Hizbullah”ı tərksilah etmək təklifinin prinsiplərini, o cümlədən “Hizbullah da daxil olmaqla, Litani çayının şimalında və cənubunda ölkədə qeyri-dövlət silahlı qruplaşmalarının mövcudluğuna tədricən son qoymaq” təklifini qəbul etdiyini bildirmişdi.

O qeyd edib ki, Livanın razılaşdığı prinsiplər arasında "İsrailin Livan ərazisindən çıxarılmasının təmin edilməsi, həmçinin quru, hava və dəniz pozuntuları da daxil olmaqla bütün hərbi əməliyyatlara son qoyulması", eləcə də İsrail ilə Livan və Suriya ilə Livan arasında daimi sərhədin yaradılması daxildir.

Qərarlar Livan ordusunun avqustun sonuna qədər təqdim etməsi gözlənilən və 2025-ci ilin sonunda tərksilah üçün son tarix təyin edən plana uyğun olaraq həyata keçiriləcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью