Icma.az, Moderator.az saytına istinadən bildirir. "Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə bundan sonra da dönmədən dəstək verəcək..." İ
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, prezident Co Bayden artıq ilkin olaraq yəhudi dövlətinə 680 milyon dollar məbləğində müxtəlif silah satışını təsdiqləyib.
Bu tədarük ABŞ-ın bu ilin avqustunda İsrailə 20 milyard dollar məbləğində iri silah yardım paketinin təsdiq etməsi nəticəsində mümkün olub.
Bu paketə o cümlədən qırıcılar da daxil edilib. ABŞ Dövlət Departamentinin nümayəndəsi bu tədarükü təsdiq etməkdən imtina edib, lakin vurğul
Bu zaman o, mülki əhalinin müdafiə edilməsinin zəruriliyini qeyd edib.
İsrailə silah tədarükü barədə məlumat İsrail ilə "Hizbullah" arasında atəşkəs sazişinin qüvvəyə minməsindən bir sutkadan az müddətdən sonra üzə çıxıb.
Bundan öncə ABŞ qeyri-rəsmi şəkildə İsrailə xəbərdarlıq edib ki, döyüş əməliyyatlarının davam etdiyi Qəzza bölgəsində insan haqlarına riayət edilməməsi bundan sonra da İsrailə silah tədarükünü təhlükə altına qoyacaq.