ABŞ İsrailə çağırış etdi: Suriyaya hücumları dayandır! KİV | Icma.az
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə müraciət edərək Suriyaya hava hücumlarını dayandırmağa çağırıb.Bakupost.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “Axios” portalının jurnalisti Barak Ravid məlumat verib.“İyulun 16-da Tramp administrasiyası yenidən İsrailə müraciət edib ki, Suriyaya zərbələri dayandırsınlar və gərginliyi azaltmaq üçün Dəməşq hökuməti ilə dialoqa başlasınlar”, - o “X” sosial şəbəkəsində yazıb.Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun İsrailin Suriyaya hücumlarından narahat olduğunu və hərbi əməliyyatların dayandırılmasını istədiklərini bəyan edib.“Biz bütün tərəflərlə danışıqlar aparırıq.
Biz hərbi əməliyyatların dayandırılmasını istəyirik”, - o əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu