ABŞ İsrailə zəmanət verdi: Səudiyyə Ərəbistanına...

26.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ Dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahuya zəmanət verib ki, Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarəsinin ən inkişaf etmiş versiyasını satmayacaqlar.

Axar.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, bunun əvəzinə krallıq təyyarənin daha sadə versiyasını alacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun krallığın təhlükəsizliyini gücləndirmək üçün Ər-Riyada F-35 təyyarələri tədarük edəcəyinə söz vermişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью