Reyting.az saytına istinadən Icma.az xəbər verir.
İsrail tərəfi ABŞ-ın müharibəni uzun müddət davam etdirə və onu İranın cavab zərbələrindən qoruya bilməyəcəyini anlayıb.
Reyting.az xəbər verir ki, bunu irlandiyalı iqtisadçı Filip Pilkington “X” sosial media hesabında bildirib.
ABŞ-İsrail münasibətlərində dəyişiklik olduğunu açıqlayan irlandiyalı iqtisadçının sözlərinə görə, İsrail rəsmiləri panikaya düşüblər.
ABŞ-İsrail münasibətlərindəki dəyişikliyə toxunan ekspert qeyd edib ki, israillilər sonsuz Amerika gücünə dair "sehrli" bir təsəvvürə sahib olsalar da, indi sehr olmadığını gördükləri üçün status-kvonun sadəcə ərazilərinə davamlı dron və raket zərbələri olduğunu başa düşürlər.
Onu da qeyd edək ki, əvvəllər İrana edilən zərbələrin ABŞ və İsrail arasında gərginliyə səbəb olduğu bildirilirdi.
ELÇİN