ABŞ İsrailin İrana zərbə endirmək planını qəbul etməyib

17.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırırdı, lakin ABŞ prezidenti Donald Trampın bu addımı dəstəkləmədiyi üçün plandan imtina edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, İsrail ABŞ-ın hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və yəhudi dövlətini İranın mümkün cavab zərbəsindən müdafiə edəcəyinə söz verib. Hücumun məqsədi Tehranın nüvə silahı yaratmaq səylərini ən azı bir il iflic etmək idi.

Nəşr yazır ki, bununla belə, Tramp İranla fikir ayrılıqlarının diplomatik yolla həlli istiqamətində kurs tutub və aprelin əvvəlində İsraili ABŞ-ın İslam Respublikasına qarşı hərbi əməliyyatı dəstəkləməyəcəyi barədə məlumatlandırıb. Amerika lideri bu məsələni Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə açıqlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью