Icma.az bildirir, Redaktor.az portalına istinadən.
ABŞ hakimiyyəti istəyir ki, İsrail ilk olaraq İrana zərbə endirsin, daha sonra isə hərbi əməliyyatlara ABŞ qüvvələri qoşulsun.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasında hesab edirlər ki, İsrailin mümkün hücumu İran tərəfindən cavab addımlarına səbəb ola bilər. Bu isə ABŞ-nin İslam Respublikasına qarşı hərbi əməliyyatlara başlaması üçün daxili siyasi baxımdan daha əlverişli zəmin yarada bilər.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, administrasiya daxilində belə fikir formalaşıb ki, siyasi nöqteyi-nəzərdən İsrailin ilk addımı təkbaşına atması daha məqsədəuyğun olar. İranın cavab zərbəsi isə ABŞ ictimaiyyətinin mümkün hərbi müdaxiləyə dəstəyini artırmaq üçün əsas kimi təqdim edilə bilər.
Aytəkin TOFİQQIZI