ABŞ İstanbul razılaşmasını yenidən masaya qaytarır

24.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2022-ci ilin əvvəlində Rusiya və Ukraynanın bağlaya biləcəyi İstanbul razılaşmaları layihəsi Ukrayna münaqişəsinin nizamlanması üçün əsas kimi götürülə bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.

Onun sözlərinə görə, Moskva münaqişənin sona çatdırılmasına hazır olduğunu nümayiş etdirib.

“Çox inandırıcı və məzmunlu danışıqlar aparılıb. Nəticədə protokol şəklində İstanbul razılaşmaları hazırlanıb. Biz razılaşmanın imzalanmasına çox yaxın idik və düşünürəm ki, bu formatdan Rusiya və Ukrayna arasında sülh müqaviləsinin bağlanması üçün bələdçi kimi istifadə edəcəyik. Bu, möhtəşəm bir gün olacaq”, - Uitkoff vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью