ABŞ istehsalına əvəz: Zelenski yeni hərbi yardımdan danışdı

02.04.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Litva Ukraynaya 6 ədəd hava hücumundan müdafiə sistemi göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Volodimir Zelenski teleqram kanalında məlumat yayıb.

“Litvadan yeni HHM sistemləri var – altı ədəd”, – deyə Ukrayna Prezidenti bildirib.

Lakin sistemlərin artıq Ukraynaya çatdırılıb-çatdırılmadığı və hansı modellər olduğu barədə dəqiq məlumat verilməyib.

Bundan əvvəl Zelenski Qərb tərəfdaşları ilə HHM sistemlərinin istehsalına dair lisenziyalar əldə etmək üçün razılığa gəldiyini bəyan etmişdi.

Eyni zamanda, “Forbes” jurnalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri və müttəfiqləri ABŞ istehsalı olan HHM sistemlərini əvəzləmək yollarını axtarmağa başlayıblar. Bu təşəbbüs Donald Tramp və Zelenskinin Ağ Evdə keçirdiyi mübahisəli görüşdən sonra aktuallaşıb.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью