ABŞ jurnalisti Makronun arvadının transseksual olmasını sübut edəcəyinə söz verdi

24.01.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerikalı ifrat sağçı jurnalist Candace Owens X sosial şəbəkəsindəki səhifəsində Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijitin guya kişi doğulduğunu sübut təqdim edəcəyinə söz verib.

Redaktor.az bu barədə gazeta.ru-ya istinadla xəbər verir.

O, Brijit Macron adlı qadının heç vaxt mövcud olmadığına dair sübutlar topladığını iddia edir və materialları yanvarın 30-da dərc edəcəyinə söz verib.

Makronun həyat yoldaşının "transgender" olması nəzəriyyəsi 2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərinə az qalmış internetdə yayılmağa başlayıb. O zaman onu Fransanın ifrat sağçı "Faits et Documents" jurnalı dərc edirdi. Bundan sonra Fransa prezidentinin arvadının cinsinə dair saxta xəbərlər sürətlə sosial mediada yayıldı və sui-qəsd nəzəriyyəsi saytları və ifrat sağçı hesablar tərəfindən tutuldu.

Makronlar 2007-ci ildə evləniblər. Brijitin əvvəlki evliliyindən üç yetkin övladı var. Fransa prezidenti ondan 24 yaş kiçikdir. Birinci xanım bir vaxtlar onun müəllimi olub.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью