ABŞ Kanada mallarına rüsum tətbiq edərsə, sərt cavab alacaq

22.01.2025

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Kanada mallarına rüsum tətbiq edərsə, sərt cavab alacaq

ABŞ prezidenti Donald Trampın administrasiyası Kanada idxalına tariflər tətbiq edərsə, Kanada cavab zərbəsi endirməyə hazırdır. Amerika lideri fevralın 1-dən bunu etmək istəyir.

Bunu Kanadanın baş naziri Castin Trüdo deyib.

Trudo deyib ki, Kanada Trampa Amerika üçün yeni “qızıl dövr” vədini yerinə yetirməyə kömək edə bilər. Bununla belə, o, xəbərdarlıq edib ki, ABŞ prezidenti Kanada mallarına gömrük rüsumları tətbiq etsə, Ottava cavab zərbəsi endirəcək.

“Biz bilirik ki, Birləşmiş Ştatlar iş yerlərini, istehsalı və iqtisadi artımı artıracaqsa, daha çox enerjiyə, daha çox resursa, taxta-şalban və betondan tutmuş polad və alüminium və ölkənin iqtisadiyyatı üçün vacib olan kritik minerallara qədər hər şeyə ehtiyac duyacaq ”, - deyə o bildirib.

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью