ABŞ Kanadadan polad və alüminium idxalına tarifləri yarıya endirə bilər

19.08.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ və Kanada arasında əldə olunan ticarət razılaşmasına əsasən, Kanada poladı və alüminiumuna tətbiq edilən gömrük tariflərinin 50%-dən 25%-ə endirilməsi nəzərdə tutulur.

Bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, sazişin detalları hələ tam razılaşdırılmayıb. Tərəflər bəzi metal məhsulları üzrə fərqli tariflərin tətbiqini, həmçinin müəyyən istisnaları və digər müddəaları müzakirə edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью