ABŞ Kanadanı “Beş göz”dən çıxarmayacaq

26.02.2025

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biz heç vaxt Kanada kimi müttəfiqimizin milli təhlükəsizliyini riskə atmayacağıq”

ABŞ-ın Kanadanı Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyanın da daxil olduğu “Beş göz” kəşfiyyat ittifaqından kənarlaşdırmaq istədiyi barədə xəbərlər həqiqətə uyğun deyil. AYNA.AZ bildirir ki, bu barədə Kanadanın “CTV News” telekanalına şərhində ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro deyib.

“Biz heç vaxt Kanada kimi müttəfiqimizin milli təhlükəsizliyini riskə atmayacağıq. Ottavanı xaric etməklə bağlı fikirlər dəlilikdir”,  Navarro qeyd edib.

“Financial Times” daha əvvəl yazıb ki, Tramp administrasiyası Kanadanı “Beş göz” kəşfiyyat alyansından çıxarmağı düşünür. Nəş qeyd edib ki, bu ideya Navarro tərəfindən irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью