ABŞ Kanadanı şantaj edir

26.01.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kanadanın F-35 qırıcılarını almaqdan imtina etməsi ABŞ-ni Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) haqqında razılaşmalara düzəliş etməyə məcbur edə bilər.

Moderator.az xəbər verir ki, ABŞ-nin Kanadadakı səfiri Pit Hukstra CBC telekanalına müsahibəsinə deyib.

"Əgər onlar F-35 qədər operativ uyğunluğa malik olmayan aşağı keyfiyyətli təyyarə almaq qərarına gəlsələr, bu bizim hərbi potensialımıza təsir göstərəcək. Nəticədə, bunu necə kompensasiya edəcəyimizi düşünməli olacağıq", - deyə diplomat bildirib.

Qeyd edək ki, Kanada beşinci nəsil F-35 qırıcılarının alınması proqramına yenidən baxmaq və İsveçin hərbi-sənaye konsernindən JAS 39 Gripen E qırıcılarını almaq imkanını nəzərdən keçirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью